Bir hüceyrəli insan zigotasının 100
trilyon hüceyrəli
yetkinlik yaşına çatmış insana çevrilməsi
prosesi
yəgin ki, təbiətin ən böyük möcüzəsidir.
Hazırda tədqiqatçılara məlumdur ki,
yetkinlik yaşına catmış insan orqanizminin
bir çox adi funksiyalarının
yerinə yetirilməsinin əsası doğuşdan qabaq
adətən hələ hamiləlik dövründə qoyulur.
Doğuşa qədər inkişaf dövrü getdikcə daha çox
doğuşdan sonra yaşama üçün
hazırlıq dövrü kimi tanınır.
Bu müddət ərzində inkişaf
etməkdə olan orqanizmə
bir çox strukturlar tələb olunur
və bir çox vərdişlər
təcrübədən keçirilir.
Chapter 2 Terminology
Hamiləlik , yəni fertilizasiya,
yaxud mayalanmadan doğuşadək keçən
müddət
normada təqribən 38 həftə
davam edir.
fertilizasiyadan sonra ilk 8 həftə
müddətində inkişafda olan orqanizm
embrion adlanır,
bu "daxilində inkişaf etməkdə
olan" deməkdir.
Embrional dövr adlanan bu müddət
orqanizmin ən vacib sistemlərinin
formalaşması ilə
xarakterizə olunur.
8 həftə tamam olduqdan sonra
hamiləliyin sonunadək
inkişafda olan insan orqanizmi
"doğulmamış övlad" mənasini
daşıyan
"fetus" adlandırılır.
Fetal dövr adlı bu müddət
ərzində bədən böyüyür
və onun bütün sistemləri
fəaliyyətə başlayir.
Bu proqramda göstərilən bütün
fetal və embrional yaş dövrləri
fertilizasiya baş verəndən sonrakı
müddətə aiddir.