Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Embryonic Development: 6 to 8 Weeks

Chapter 20   6 Weeks: Motion and Sensation

5-ci həftənin sonuna yaxın baş beyin yarımkürəcikləri beynin başqa hissələrinə nisbətən daha tez böyüyürlər.

Rüşeym spontan yerinə yetirilən və reflector hərəkətləri icra etməyə başlayır. Bu hərəkətlər normal sinir-əzələ inkişafını təmin etmək üçün labüddür.

Rüşeymin ağız nahiyəsinə toxunduqda o, reflector olaraq başını yana çəkir.

Chapter 21   The External Ear and Blood Cell Formation

Xarici qulaq öz formasını almağa başlayır.

6-cı həftənin sonuna yaxın qara ciyərdə qan hüceyrələrinin formalaşması baş verir artıq burada limfositlər mövcuddur. Bu ağ qan hüceyrələri növü inkişaf etməkdə olan immun sisteminin əsas aparıcı elementidir.

Chapter 22   The Diaphragm and Intestines

Tənəffüs aktında iştirak edən əsas əzələ- diafraqma əsasən 6-cı həftənin sonuna qədər formalaşır.

Hazirda bağırsaqların bir hissəsi müvəqqəti olaraq göbək ciyəsinin içinə daxil olur. Bu, fizioloji yırtıq adlı normal proses nəticəsində inkişafda olan başqa orqanlar üçün qarın boşluğunda yer açılır.

Chapter 23   Hand Plates and Brainwaves

6-cı həftə arzində əl kökləri incə lövhəciklərə cevrilir.

Beyindən gələn elektrik dalğalar 6 həftə 2 günlük rüşeymdə artıq qeydə alına bilər.

Chapter 24   Nipple Formation

Döş qəfəsinin ön tərəfində öz son yerini almaqdan bir az əvvəl gövdənin yan tərəflərində məməciklər əmələ gəlir.

Chapter 25   Limb Development

6 ½ həftəlik rüşeymdə dirsəklər aydın bilinir, barmaqlar bir-birindən ayrılmağa başlayır və artıq əl hərəkətlərini müşahidə etmək olur.

Ossifikasiya adlı sümüklərin formalaşması prosesi körpücük və ya klavikula adlı sümükdən, eləcə də üst və alt çənə sümüklərindən başlayır.

Chapter 26   7 Weeks: Hiccups and Startle Response

7-ci həftənin sonunadək hıcqırıqlar müşahidə olunmağa başlayır.

Artıq qıcığa cavab olaraq, ayaq hərəkətləri müşahidə olunur.

Chapter 27   The Maturing Heart

4 kameralı ürək demək olar ki, əsasən formalaşıb. Hazırda ürək vurğularının orta sayı dəqiqədə 167-dir.

7 ½ həftəlik rüşeymin ürəyinin qeyd olunmuş elektrik aktivliyi böyüklərdə müşahidə olunan dalğalara bənzəyir.

Chapter 28   Ovaries and Eyes

Qadin cinsinə mənsub rüşeymdə yumurtalıqlar 7 həftənin sonuna yaxın müddətindəəyyən edilə bilər.

7 ½ həftəlik rüşeymin gözlərində piqmentlə boyanmış torlu qişa aydın görünür və göz qapaqları sürətlə böyüməyə başlayır.

Chapter 29   Fingers and Toes

Əl barmaqları bir-birindən tam ayrılıb, ayaq barmaqları isə yalnız kökündə bir-biri ilə bitişikdir.

Ayaq pəncələri kimi əllər də indi bir-biri ilə birləşə bilir.

Diz oynaqları artıq əmələ gəlib.